07 may 2024 10:35
244

Bakıda avtomobili səkidə idarə edən sürücü həbs edilib

Avtomobini səkidə idarə edən sürücü həbs edilib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən "İki sahil"ə verilən məlumata görə, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.