07 may 2024 12:04
222

Əfv Məsələləri Komissiyasının növbəti iclası mayın 15-də keçiriləcək

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası mayın 15-də keçiriləcək.

“İki sahil” xəbər verir ki, toplantıda Komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.

Qeyd edək ki, Komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 300-ü ötüb.

Xatırladaq ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.