07 may 2024 12:22
232

Vüqar Bayramov: İqtisadi uğurlarımızın, suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir

“Bu gün əldə etdiyimiz iqtisadi uğur, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına gətirib çıxardı: “O vaxt Azərbaycanın ÜDM-i cəmi 375 milyon manat, büdcə gəlirləri isə cəmi 100 milyon manat idi. Çox qısa zamanda iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. ÜDM çox qısa zamanda 4,5 dəfə artdı. Azərbaycan iqtisadiyyatı bir neçə il ərzində 5 dəfəyə yaxın böyüdü”.