07 may 2024 12:59
229

Qadınların iqtisadi fəallığının artırılmasında Azərbaycanın təcrübəsini öyrənəcəyik- Laos XİN rəsmisi

Qadınların iqtisadi fəallığının artırılmasında Azərbaycanın təcrübəsini öyrənmək və gələcək müzakirələrdə təcrübəmizi bölüşmək istəyirik.

“İki sahil” xəbər verir ki, bunu Laos Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin Baş direktoru Daovi Vonqsay Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qadınların iqtisadi imkanlarının artırılması baxımından bu tədbiri gender bərabərliyi ilə bağlı mühüm məqsədin irəliləyişi üçün əla platforma hesab etmək olar:

"İnanıram ki, bu dialoq dəyərli fikirlər və təkliflər, eyni zamanda bütün iştirakçılar arasında təcrübə mübadiləsi üçün imkanlar yaradacaq. Laos nümayəndə heyəti bu mühüm milli dialoqun bir hissəsi olmaqdan məmnundur və məhsuldar müzakirələri səbirsizliklə gözləyir".