07 may 2024 13:10
219

Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb- Anar Bağırov

Son bir il ərzində Naxçıvanda vəkillərin sayı xeyli artıb.

“İki sahil” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvanda vəkillik sahəsinin inkişafı digər bölgələrlə müqayisədə daha ləng, zəif getməsi Vəkillər Kollegiyasını narahat edirdi:

"Artıq son bir il ərzində gördüyümüz işlər sayəsində Naxçıvanda bu sahədə kəskin irəliləyişin şahidi olmuşuq. Belə ki, Naxçıvan Muxtar Respublikasında aparılan islahatlar nəticəsində vəkillərin sayı sabahdan etibarən 100 faizdən çox artacaq. Artıq Naxçıvanda vəkillərin sayı xeyli artıb və bundan sonra da artacaq. Vəkillər Kollegiyası Naxçıvanla bağlı qarşıya qoyulan bütün vəzifələri icra edirik. Təbii ki, gələcək üçün də planlarımız var. Təbii ki, muxtar respublikanın digər bölgələrində də vəkil bürolarının yaradılmasını çox istərdik".