“İki sahil” xəbər verir ki, ötən gün Çinin Jiangsu əyalətində gəlin toyun ortasında soyunub. Yerli mətbuatda yer alan xəbərə görə, səhnədə keçirilən mərasim zamanı bəyin anası oğlunun bacarığını və gözəlliyini təsvir edərək onu tərifləməyə başlayıb. O, oğlunun “qeyri-adi qabiliyyətlərə” malik olduğunu fəxrlə bildirib. Hamının gözü qarşısında bu sözləri eşidən gəlin və ailəsi son dərəcə pərt olublar. Gəlin qayınanasının cehizlə bağlı dediklərini həm özünü, həm də ailəsini təhqir kimi qiymətləndirib. Daha sonra gəlinliyini çıxararaq səhnədən düşən gəlin bütün dünyaya səs salıb.
Qəribə hadisə
Çin mətbuatının manşetlərini bəzəyən başqa bir xəbərdə isə evlənməyə hazırlaşan həmin qadının bioloji olaraq kişi olduğu yazılıb. Medianın xəbərinə görə toyun ləğv edilməsinə nikah üçün tibbi rəy zamanı ortaya çıxan həqiqət səbəb olub.
Hadisədə 50 mində bir görülən xəstəlik olduğu ortaya çıxan gənc qadının xərçəng riskinin olduğu məlum olub. Bədənində artıq kişi orqanı cərrahi yolla çıxarılan qadının bir müddət hormonal müalicə alacağı bildirilib. Mediada o da bildirilib ki, bu cür mutasiyaları erkən aşkarlamaq və qısa bir əməliyyatla müalicə etmək olar.