PSJ qapıçısı Canluici Donnaruma ilə bağlı qərar verib.
“İki sahil” xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yer alıb. Paris təmsilçisi 25 yaşlı qolkiperlə 2026-cı ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaq istəyir. PSJ onunla danışıq aparmağa hazırlaşır. Klub rəhbərliyi qapıçını komandanın kapitanı edə bilər.
Donnarumma 2021-ci ilin iyul ayından PSJ-də çıxış edir. 2023/24 mövsümündə o, bütün yarışlarda 40 matçda iştirak edib, 36 qol buraxıb və 16 matçda qapısını toxunulmaz saxlayıb.