07 may 2024 16:14
363

Azərbaycan Ordusunun “EFES - 2024” təliminə cəlb edilən heyəti Türkiyəyə yola düşüb- VİDEO

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.
“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.