15 yanvar 2018 23:13
2063

Dünyanın ən təhlükəsiz 8 ölkəsi

Terrorun yayıldığı və artan cinayətlərin fonunda, hansı ölkədə dincəlməyi seçərkən, bir çox insanlar yalnız gözəl çimərliklər və maraqlı yerlər barədə deyil, həm də müəyyən təhlükəsizlik səviyyəsi haqqında düşünürlər. Terrorlar, cinayətlər son zamanlar əsaslı şəkildə problemə çevrilib. Ancaq xoşbəxtlikdən, hələ də ailələrimizin həyatı üçün narahat olmadığımız ölkələr var. Oxucularımıza dünyanın ən təhlükəsiz 9 ölkəsi haqqında məlumat veririk.

Cinayət sayının statistikasını nəzərə alsaq, Asiyanın ən təhlükəsiz ölkəsi Sinqapur hesab edilə bilər.  Bu ölkədə cinayətlərin sayı 100 min nəfərə 0,38 faizdən çox deyil. Bu ölkədə qanunlar çox sərtdir. Hətta kiçik cinayətlərə görə də ağır cəzalar verilir. Narkotik ticarəti ilə bağlı cinayətlərdə isə ölüm  hökmü tətbiq olunur. Yəqin ki, elə bu səbəbdəndir ki, Sinqapurda kiçik cinayətlərə də nadir hallarda təsadüf olunur.

Norveç də Avropada ən dinc ölkələr siyahısındadır. Norveç də ailənizlə səyahət etmək üçün ideal və ən etibarlı yerdir. Burada bir ildə 100 min adama 0,71 cinayət hadisəsi qeydə alınır. Bundan başqa, Norveçdə uşaq hüquqlarının pozulması, oğurluq və vandalizm dərəcələri həddidən çox aşağıdır. Nadir təbii fəlakətlər xaric bu ölkədə heç bir qeyri-sabit hadisə baş vermir.

Yaponiya da təhlükəsiz hesab edilən ölkələr siyahısındadır. Burada cinayətlərin sayı 100 min nəfərə 0,44 təşkil edir. Sabitlik və cinayətlərin azlığına görə Asiyada Sinqapurdan sonra ikinci yerdə qərarlaşır. Burada oğurluq və kiçik cinayət halları  dünyanın digər ölkələrinə nisbətən çox  azdır. Bir çoxları inanmır, ancaq Yaponiyada xüsusi bürolar fəaliyyət göstərir ki, bunun vasitəsilə insanlar itmiş qiymətli  əşyaları üçün oraya müraciət edirlər. Eyni zamanda itirilmiş əşyaları tapan sakinlər də həmin büroya müraciət edərək təhvil verirlər. Gün ərzində yüzlərlə telefon, noutbuk və kameralar öz sahiblərinə qaytarılır.

İslandiya da vulkanik ada üzərində olmasına baxmayaraq, dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab edilir.  Son illərdə burada bircə cinayət belə qeydə alınmayıb. Burada yaşayan əhalinin ölüm səbəbi öz əcəli ilə ölməkdir. Bu ölkədə  700 polis məmuru fəaliyyət göstərir ki, onlar da silahdan istifadə etmirlər. Bu günə qədər ölkədə yalnız 130 məhbus olub ki, onların da əksəriyyəti şərti cəza alaraq ev şəraitində keçiriblər.

İsveçrə dörd dövlət dili olan çoxmillətli bir ölkədir. Ancaq bu ölkədə yaşayan etnik qrupların fərqliliyinə baxmayaraq, hamısı özlərini isveçrəli hesab edirlər və ölkə sülh içindədir. İsveçrədəki cinayətlərin illik sayı 100 min əhaliyə yalnız 2.2 ədəd təşkil edir. Mercer konsaltinq şirkətinin araşdırmalarına görə İsveçrənin üç şəhəri Bern, Cenevrə və Zuriç dünyanın ən təhlükəsiz şəhərləri hesab olunur.

Danimarka da dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Uzun illərdir ki, bu ölkədə  cinayətlərin sayı hər il 100 min əhaliyə 0,88 səviyyəsində qalır. Danimarkada yalnız turistlər məşhur Danimarka pivəsini içdikdən sonra özlərinə nəzarəti itirərək xırda  xuliqanlıqlara yol verirlər.

Sabit iqtisadiyyat və əlverişli şərait Yeni Zellandiyanı istirahət üçün ən etibarlı yerlərdən birinə çevirib. Dünyada heç bir başqa ölkə Yeni Zelandiya kimi mənzərəli panoramalara malik deyil. Bu ölkədə də cinayətlərin sayı yüksək deyil. Əsrarəngsiz təbiəti və mədəni insanları bu ölkəyə turist axınını ildən-ilə artırır.

“Mercer” şirkətinin araşdırmasına görə, Lüksemburq da dünyanın ən təhlükəsiz şəhəri adlandırılmışdır. Bu ölkə ərazisinə və əhalisinin  sayına görə cırtdan dövlətlər siyahısında olsa da dünyada adambaşına düşən gəlirlərin yüksəkliyi ilə diqqəti özünə çəkir. 

Şəmsiyyə Əliqızı, “İkisahil”