08 may 2024 01:35
685

Kosmik gəmi qəbiristanlığı “Point Nemo”

“Point Nemo” adlı yer nə ilə məşhurdur? Yer planetində olmasına baxmayaraq, niyə ora əlçatan deyil?

Yer planetinin səthində bir neçə əlçatmaz qütb var. Bunlar Yer kürəsində sahillərdən və insan yollarından mümkün qədər uzaqda yerləşən nöqtələrdir. Onların əksəriyyəti Antarktidada və ya Şimal Buzlu Okeanında yerləşirlər. Bununla belə, "Point Nemo" adlanan başqa bir yer də var.

Elmi dildə o, “əlçatmaz okean qütbü” adlanır ki, bu da xəritədə istənilən qurudan ən uzaq nöqtəni bildirir. Çili və Yeni Zelandiya arasında bir nöqtədə yerləşir və ona ən yaxın məskunlaşmış ərazilər 2700 kilometrdən çox məsafədədir.

Nöqtə Viktoriya dövrünün məşhur introvertinin - sualtı gəmi kapitanı Nemonun şərəfinə adlandırılıb. O, ömrünün sonlarına yaxın insanlardan mümkün qədər uzaqlaşmaq arzusunu həyata keçirdi.

Nemo nöqtəsinin koordinatları 1992-ci ildə xorvatiyalı tədqiqatçı tərəfindən sırf riyazi olaraq hesablanıb.

“Əlçatmazlığın okean qütbü” sonralar kosmik gəmi qəbiristanlığına çevrildi. Rusiya da oradan istifadə edir, məhz həmin rayonda “Mir” stansiyası su altında qalıb. Yaxın vaxtlarda İSS-nin də bu qəbiristanlıqda basdırılması planlaşdırılır. Ümumilikdə burada 300-dən çox kosmik gəmi və peyklərin qalıqları var.

“Point Nemo” demək olar ki, ölü bir səhradır, heç bir canlı varlıq yoxdur.

Nubar Süleymanova, “İki sahil”