07 may 2024 18:45
317

COP29 Azərbaycanda bir çox sahələrə dividentlər gətirəcək - EKSPERT

“Son illərdə Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə beynəlxalq aləmə, ümumilikdə dünya səviyyəsində çox böyük töhfə verib. Eyni zamanda bu cür tədbirlərin ölkəmizdə keçirilməsi üçün Azərbaycan ildən-ilə təcrübə və uğur qazanıb”.

“İki sahil” xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

S.Kərimli bildirib ki, artıq bir neçə ay sonra ölkəmiz dünya əhəmiyyətli beynəlxalq tədbirin - COP29-un Azərbaycanda keçirilməsinə hazırlaşırıq: “Azərbaycan COP29-a ev sahibliyi etməklə yenidən dünyaya öz müsbət mesajlarını vermiş olur. Təbiidir ki, Azərbaycan daim ekologiyanın qorunmasına, yaşıl enerji layihələrinin həyata keçirilməsinə önəm verib. Alternativ enerji sahəsində çox mühüm layihələrin həm müəllifi, həm də icraçısı olub.

COP29-un Bakıda keçirilməsi Azərbaycanda bir çox sahələrə dividentlər gətirəcək. Azərbaycanla COP29-da iştirak edəcək ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Həmçinin bu tədbir sayəsində Azərbaycanın dünyada daimi olaraq artan nüfuzunu daha da yüksək səviyyəyə çatdıracaq. Azərbaycan bu cür tədbirlər keçirməklə həm siyasi, həm də iqtisadi baxımdan dünyada özünə yer tutur”.