07 may 2024 19:48
280

Bakı Media Mərkəzinin “Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Bakı Media Mərkəzinin "Ölüm axtaran qadın" tammetrajlı sənədli film layihəsi Polşa Kino İnstitutunun beynəlxalq müştərək istehsal müsabiqəsinin qalibi olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Mərkəzdən bildirilib.

Film Azərbaycanlı qadın minaxtaranların işğaldan azad olunmuş ərazilərdəki fədakar fəaliyyətindən bəhs edir.