08 may 2024 10:41
225

Baş Prokuror: Ulu Öndər Heydər Əliyevin tək Azərbaycanda deyil, keçmiş SSRİ ərazisində də tarixi xidmətləri olub

Ulu Öndər Heydər Əliyevin nəhəng fəaliyyəti olub.

“İki sahil” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ulu Öndərin fəaliyyəti tək ölkə daxilində deyil, onun ölkə xaricində də geniş olub.

“Ulu Öndərin tək Azərbaycanda deyil, keçmiş SSRİ ərazisində də tarixi xidmətləri olub. SSRİ iqtisadiyyatının tənəzzül etdiyi bir dövrdə H.Əliyevin xidmətləri nəticəsində BAM-ın tikintisi başa çatdırıldı.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu gününü görə bilirdi”, - o əlavə edib.