08 may 2024 10:32
228

Baş Prokurorluqda Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Baş Prokurorluqda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Baş Prokuror Kamran Əliyevin qatıldığı mərasimdə Ümummilli Liderin həyat və fəaliyyəti tədbir işrətirakçılarının diqqətinə çatdırılıb.

Baş prokuror deyib ki, Ulu Öndər Heydər Əliyev dünya miqyasında tanınan siyasətçidir:

"Bizim Azərbaycan miqyasında onun gördüyü işlər haqqında kifayət qədər məlumatımız var. Mən Ümumilli Lider Heydər Əliyevin əsasını qoyduğu Baykal-Amur magistralı (BAM) barədə danışmaq istərdim. Bu magistralın çox strateji əhəmiyyəti var. Bu yol şərqi qərblə birləşdirən bir magistral idi. Magistralın tikintisi məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində başa çatdırılmışdı. Prezident İlham Əliyev ötən ay Rusiya Prezidenti Vladimir Putinlə görüşən zaman bu magistralın tikintisində böyük rolu olan Heydər Əliyevin fəaliyyəti xüsusi vurğulanmışdı. Ümumilli Liderin siyasi kursunu bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva layiqincə davam etdirir".