08 may 2024 15:33
260

"Çelsi"də mövsümün ən yaxşısı seçildi

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer bu mövsüm komandanın ən yaxşı oyunçusu olub.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  O, London klubunun azarkeşləri və futbolçuları tərəfindən ən yaxşısı seçilib.

22 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayından "Çelsi"də çıxış edir. Futbolçu bu mövsüm 45 oyun keçirib, 25 qol vurub və 13 qolun ötürməsini verib.