İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada Azərbaycanın Baş naziri Əli Əsədovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanla əməkdaşlığın inkişafında hər iki ölkə liderlərinin xüsusi rolu var.
"Ölkələr arasında iqtisadi əlaqələr bundan sonra da inkişaf edəcək. Biz universitetlərarası əlaqələrin, işğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq".
Dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib