08 may 2024 18:05
733

Körpənizi bu tərəvəzdən uzaq tutun - Sağlamlığa ZƏRƏR VERİR

Körpələrdə əlavə qidaya keçid zamanı lazımi vitamin və mineralları almaq üçün bəzi tərəvəzləri istehlak etmək lazımdır. Ancaq bəzi tərəvəzlərin həddindən artıq istehlakı gözlənilməz sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs, hansı tərəvəz körpənin istehlakı üçün zərərlidir?

“İki sahil” xəbər verir ki, körpələrin qidalanma sxemi onların yaşından asılı olaraq dəyişir. 0-6 ay arasında yalnız ana südü ilə qidalandırmaq lazım olduğu halda, 6-cı aydan sonra əlavə qidalanma dövrünə keçmək mümkündür. Bu dövrdə mütəxəssislər körpənin lazımi vitaminləri ala bilməsi üçün bəzi tərəvəzlərdən istifadə etməyi məsləhət görürlər. Ancaq uşaqlara bəzi tərəvəzlərin həddindən artıq verilməsi sağlamlığa mənfi təsir edə bilər. Bunlardan biri olan badımcanla bağlı bütün təfərrüatlar…

Tərkibi nikotin olan badimcan

Elmi izahatlar nəticəsində badımcanın tərkibində nikotin olduğu məlum olub. Bu səbəbdən mütəxəssislər körpələrin badımcan istehlakında müəyyən həddin saxlanılmasının lazım olduğunu tövsiyə edirlər. Əlavə qidaya keçid zamanı az miqdarda badımcan yeməyin böyük bir zərər verməyəcəyi iddia edildiyi halda həddindən artıq qəbul etməməyi vurğulanır.

Badımcanın tərkibində həzm sistemini dəstəkləyən və bağırsaq mikroblarını gücləndirən liflər var. B6 vitamini ilə də çox zəngindir. Bütün bunları nəzərə alsaq, badımcanı qida rasionuna daxil etmək lazımdır. Lakin bu tərəvəzin tərkibində nikotin olması faktını da unutmamaq lazımdır.

Badımcanda nə qədər nikotin var?

Türk və Azərbaycan mətbəxinin əvəzolunmaz tərəvəzləri arasında yer alan badımcanın tərkibində nə qədər nikotin olduğu maraq doğurur. Bir tütün məmulatının tərkibində orta hesabla 2 mq nikotin var. 1 orta ölçülü badımcanın tərkibində 0,02 mq nikotin var. Bu prizmadan hesablama aparıldıqda 20 badımcanın tərkibində 1 tütün məmulatına uyğun nikatin olduğu məlum olur.

Başqa hansı tərəvəzlərin tərkibində nikotin var?

Araşdırmalar nəticəsində məlum olub ki, nikotin badımcanda olduğu kimi, bəzi tərəvəzlərdə də var. Körpənin qidalanma prosesində bu tərəvəzlərin istehlak miqdarına diqqət yetirmək lazımdır.

Hər dərdə dəva - Gülkələm

Tərkibində nikotin olan tərəvəzlər arasında bəzən qaynadılmış, bəzən də bişmiş halda istehlak edilən gül kələmi var. Faydaları sonsuz olan bu tərəvəzin 1 qramında 16,8 nanoqram nikotin var.

Süfrələrin əvəzolunmazları

Bir çox yeməklərin əsasını təşkil edən pomidorun tərkibində nikotin də var. Bu tərəvəzin 1 qramında 4,1 nanoqram nikotin var. Fərqli dadlara malik yaşıl pomidor tərkibində nikotin olan tərəvəzlər siyahısındadır. 1 qram yaşıl pomidor istehlak edildikdə, 42,8 nanoqram nikotin qəbul etmiş oluruq. Yeməklərimizin tacı olan kartofda da nikotin var. Bu tərəvəzin 1 qramında 7,1 nanoqram nikotin var.