“Airbus” təyyarə sifarişlərinin sayına görə “Boeing”i üstələyib
2017-ci ildə təyyarə sifarişlərinin sayına görə “Airbus” şirkəti “Boeing” şirkətini üstələyib.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ötən il Fransanın “Airbus” şirkəti 1109 təyyarə sifarişini qəbul edib və 718 təyyarə sifarişini yerinə yetirib. ABŞ-ın “Boeing” şirkəti isə 912 təyyarə sifarişi qəbul edib. “Airbus” şirkəti 2017-ci ilin son aylarında 49,5 milyard dollar dəyərində 430 təyyarə sifarişini qəbul etdikdən sonra “Boeing” şirkətini üstələyib.