08 may 2024 20:15
353

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov mayın 8-də bu ölkənin enerji keçidi və davamlı inkişaf naziri Leila Benali ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə səfir sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında enerji, ətraf mühit və davamlı inkişaf kimi mövzularda ikitərəfli əməkdaşlıq, eləcə də Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələləri müzakirə edilib.

"Səfərlər və təcrübə mübadiləsi, həmçinin COP29-da iştirak müzakirə olunub", - paylaşımda vurğulanıb.