08 may 2024 22:45
313

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olub.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Florensiya təmsilçisinin ilk görüşdə qazandığı qələbə (3:2) onları finala yüksəldib.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. "Olimpiakos" Yunanıstanda İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib - 4:2.