09 may 2024 14:11
353

Yaponlara BƏD XƏBƏR: MAAŞLAR AZALIB...

Yaponiya Əmək Nazirliyinin açıqladığı məlumatlara görə, ölkədə inflyasiyaya uyğunlaşdırılmış real əmək haqqı mart ayında əvvəlki ilə nisbətən 2,5% azalalıb. Bu, ardıcıl ikinci ildir ki, davam edir.

Yaponiyada əmək haqqı və inflyasiyanın müsbət dövrünün ilk əlamətləri müşahidə olunub. Lakin işçilərin qazancı hələ də qiymət artımından geri qalır və bunu da siyasətçilər şirkətləri əmək haqqını artırmağa məcbur etməkdə qarşılaşdıqları çətinliklər kimi vurğulayırlar.

Bəzi iqtisadçılar real əmək haqqının 2024-2025-ci maliyyə ilində müəyyən məqamda müsbətə çevriləcəyini gözlədiklərini deyirlər.

Nominal əmək haqqı və ya bir işçiyə düşən orta alıq əməkhaqqı fevral ayındaki 1,4 % artımdan sonra 0,6 % azalaraq 301,193 yenə (1,940,30 dollar) çatıb.Digər tərəfdən, istehlak qiymətləri mart ayında əvvəlki ilə nisbətən 3,1% artaraq Yaponiya Bankının 2%-lik inflyasiya hədəfi və qiymət artımlarının üzərində qalıb.

Ümumi nağd gəlirlər arasında əsas əmək haqqını müəyyən edən müntəzəm əmək haqqı 1,7% artıb, əlavə işlərə görə əmək haqqı isə 1,5% azalıb. Bu da ardıcıl olaraq dördüncü aydır ki, davam edir. Bonuslar və xüsusi ödənişlər digər müavinətlər kimimart ayında illik müqaisədə 9,4% azalıb.

Orxan Vahidoğlu, "İki sahil"