09 may 2024 14:20
276

Ukrayna taxıl ixracında "qara bazar"la mübarizə aparır

Ukrayna Ali Radası taxıl ixracında “qara bazar” və valyuta gəlirlərinin qaytarılmaması ilə mübarizə haqqında iki qanun qəbul etdi.

“İki sahil” "RBK-Ukraina"ya istinadla xəbər verir ki, bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev bildirib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı 10168-2, Gömrük Məcəlləsində dəyişikliklərlə bağlı 10169-2 nömrəli layihələr təsdiq edilib.