Reklam çarxında THY-nin uçuş xidmətlərini yaşayan portuqaliyalı məşqçi çətin şahmat matçında qalib gəlir. Mourinyo Business Class mətbəxinin təklif etdiyi ləzzətli təamları dadaraq, UEFA Çempionlar Liqası matçını da canlı izləyir.
Dünya brendinin Joze Mourinyo ilə çəkdiyi reklam filmi ilə bağlı açıqlama verən “Türk Hava Yolları” İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Prof. Ahmet Bolat "Türk Hava Yolları” olaraq UEFA Çempionlar Liqası kimi mötəbər tədbirin rəsmi sponsoru olmaqdan böyük qürur duyuruq. Bu kontekstdə J.Mourinyo ilə bu əməkdaşlıq brendimizin dünya miqyasında gücünü və markamızı idmana olan bağlığını gücləndirir” dedi.
Reklam filmi ilə bağlı açıqlama verən məşqçi J. Mourinyo bildirib ki, "Türk Hava Yolları” hər il aldığı mükafatlarla Avropanın ən yaxşı hava yolu şirkəti olduğunu sübut edir: “Onlarla işləmək mənim üçün böyük şərəfdir. Bu əməkdaşlıqla, qalibiyyətə olan həvəsim və “Türk Hava Yolları”nın unikal xidmət göstərməsi anlamını bir araya gətiririk.”
Orxan Vahidoğlu, "İki sahil"