Tədqiqatçılar Yukatan yarımadası yaxınlığında Meksika sularında dünyanın ən dərin mavi dəliyini aşkar ediblər. Bu barədə “Infobae” portalı məlumat yayıb.
Məlumata görə, “Taam Ja” sualtı mağarasının dərinliyi 420 metrdən çoxdur ki, bu da digər məlum sualtı çuxurları, məsələn, Cənubi Çin dənizində yerləşən Sanşa Yongl mavi dəliyini (301 m) xeyli üstələyir.
Portalın yazdığı kimi, "sirli və qorxulu görünüşünə" baxmayaraq, mavi dəliklər "bioloji müxtəliflik oazisləri" hesab olunur. Çünki onlar mərcanlar, mollyuskalar, dəniz tısbağaları, köpək balıqları və digər sualtı orqanizmlər üçün əsas yaşayış mühitidir.
Alimlər mavi dəlikləri sualtı mağaralar da adlandırırlar. Onlar əksər hallarda su ilə dolu olan və dəniz səviyyəsindən aşağıda yerləşən karst çuxurlarıdır. Adını dərin, tünd mavi su ilə ətrafındakı açıq okean suyunun kontrastından almışdır.
Nubar Süleymanova, “İki sahil”