09 may 2024 16:11
272

Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi dönüş nöqtəsi ola bilər - Çin lideri

Rəsmi Pekin ümid edir ki, Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi Avropa və Çin arasında münasibətlərin inkişafında dönüş nöqtəsi olacaq

“İki sahil” TASS-a istinadla xəbər verir bu fikirləri Çin lideri Si Cinpin deyib.

 "Ümid edirik ki, Macarıstanın Aİ Şurasına sədrliyinin keçidi dönüş nöqtəsi olacaq və Çin-Avropa münasibətlərinin stabil və normal inkişafına töhfə verəcək", - Çin lideri bildirib.

Xatırladaq ki,  Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Brüsselin siyasətində ciddi dəyişikliklərə ehtiyac var. Çünki Aİ-nin siyasəti avropalıların maraqlarından uzaqdır.