09 may 2024 16:28
291

İsveç Ukraynaya bu qədər VƏSAİT AYIRDI

İsveç hökuməti ölkənin Silahlı Qüvvələrinə Ukraynanın müdafiə qabiliyyətini dəstəkləmək üçün 28 milyon avro köçürməyi tapşırıb.

“İki sahil”in məlumatına görə, "RBK-Ukraina" bu barədə İsveç hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Beləliklə, 18 milyon avro Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu çərçivəsində üç koalisiyaya, 10 milyon avro isə NATO-nun Ukrayna üzrə Fonduna köçürüləcək.

“Biz Ukraynaya dəstəyimizi davam etdiririk və lazım olduğu müddətdə bunu edəcəyik”.