09 may 2024 19:19
308

Dövlət qurumları arasında minifutbol turnirinin qalibi bəlli olub

Dövlət qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş minifutbol turniri başa çatıb.

“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin komandası bürünc medal uğrunda oyunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini məğlub edərək (5:0) üçüncü yeri tutub.

Finalda isə Fövqəladə Hallar Nazirliyi (FHN) və Ədliyyə Nazirliyinin kollektivləri qarşılaşıblar. Ədliyə Nazirliyi rəqibini 2:1 hesabı ilə üstələyərək turnirin qalibi olub.

Həlledici görüşü gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev də izləyiblər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilən yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparıb.