10 may 2024 08:55
224

Motosiklet avtomobillə toqquşub

Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, 2002-ci il təvəllüdlü Namazov Hakim Təyyub oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı H.Namazov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.