10 may 2024 09:04
220

Narkotacirlər saxlanılıblar

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuşlar – Elşən Əsgərov və Füzuli Tağıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, F.Tağıyevdən marixuana, E.Əsgərovdan isə metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.