10 may 2024 09:24
227

Pentaqon: Bu məsələ ABŞ üçün problem olaraq qalır

Pentaqon Rusiyanın “Starlink” peyk rabitə terminallarından qanunsuz istifadə etməsinin qarşısını alacaq.

“İki sahil” "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plambın sözlərinə görə, Rusiya "Starlink" və digər kommersiya rabitə sistemlərindən istifadə etmək üçün yollar tapmağa çalışır.

“Bu məsələ ABŞ üçün problem olaraq qalır. Lakin Vaşinqton və müttəfiqləri yaxşı həllər tapıblar", - deyə Pentaqon şefinin köməkçisi əlavə edib.

Bu ilin fevral ayında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, "Starlink" terminallarından ölkələrində rəsmi olaraq istifadə edilmir.