15 yanvar 2018 15:32
1036

Keçən il 27,2 milyon ton neft ixrac olunub

2017-ci ildə Azərbaycandan 27 milyon 227 min 902 ton xam neft ixrac edilib. Hesabat ilində ixrac edilən xam neftin dəyəri isə 10 milyard 706 milyon 817 min ABŞ dolları olub.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.