10 may 2024 14:26
297

AFFA II Liqa klubunun futbolçusunu 4 oyunluq diskvalifikasiya edib

AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Kürmük Qax" klubunun futbolçusu Nail Təhməzlini 4 oyunluq diskvalifikasiya edib.

"İki sahil" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna onun XXIV turda "Şəmkir"lə matçda rəqibini ayaqla vurması səbəb olub.

Təcavüzkar davranışa görə cəzalandırılan futbolçu mövsümü başa erkən vurub. Onun komandası isə 300 manat cərimə edilib.