10 may 2024 17:00
387

Mövsümlük villa kirayələri 1 milyona!

Yay mövsümü yaxınlaşdıqca Türkiyənin Şimali Egey bölgəsində bağ evlərinin, villaların mövsümi kirayə qiymətləri 1 milyon lirəyə çatıb. Balıkəsirdə Ayvalık, Burhaniye, Gömeç və Edremit rayonlarında kirayəlik villalara maraq böyükdür.

İstanbul, Bursa və İzmir bölgələrinə yaxınlığı ilə diqqət çəkən bir turizm mərkəzi olan Balıkəsirin Edremit körfəzi son vaxtlar mövsümi kirayəlik villaları və bağ evləri ilə diqqət çəkib. Bu villaların və bağ evlərinin kirayələri bəzən 1 milyon lirəyə qədər artır.

Mövsümi qiymətlər 300 min -1 milyon lirə arasında dəyişir

Xüsusilə mövsümi və gündəlik kirayələr üçün Ayvalık bölgəsinin diqqət çəkdiyini bildirən əmlak mütəxəssisi Ahmet Yüksel bildirib ki, hazırda ilin əvvəlindən daşınmaz əmlak satışlarında durğunluq var: “Kifayət qədər tənəzzül yaşayırıq. Qiymət artımına görə də bir qədər ləngimə var. 2 + 1 yeni mənzil 5-5,5 milyon, 3 +1 qiymətləri 8-12 milyona satılır. Mənzillərin aylıq kirayə qiymətləri 12 aylıq 25 min ilə 50 min lirə arasında dəyişir. Yəni, evlər bu qiymətə kirayə verilir. Amma mövsümi kirayələrdə yüksək qiymət artımı müşahidə olunur. Mövsümi qiymətlər hazırda 300 min lirə ilə 1 milyon arasında dəyişir. Aylıq villa kirayələri 150 min lirə ilə 200 min lirə arasında dəyişir. Amma mövsümi kirayə qiymətləri 1 milyona qədər qalxır.”

Xarici turistlərin sayı çox olduğu üçün...

Qiymətlərin mövsümlük kirayələrdə 300 min lirədən başladığını bildirən digər əmlak mütəxəssisi Arif Zəka bildirib ki, mövsümi kirayə üçün büdcənizdən azı 300-350 min lirə verməlisiz ki, burada mövsümi olaraq ev və ya mülk əmlak icarəyə götürə bilərsiniz.

Digər əmlak mütəxəssisi Cihan Özkan yerli və xarici turistlərin sayı çox olduğu üçün gündəlik olaraq villalar və dubleks tipli evlər də kirayə verilir: “Buna həftəlik kirayələr də daxildir. Hətta mövsümi olaraq da icarələr da artıb. Səbəb otellərdə qonaq qarşılamaq üçün otaqların, çarpayıların az olmasıdır. Yeni tikilmiş mehmanxanalar da var, lakin onlar biraz əlçatan deyil.”

Orxan Vahidoğlu, "İki sahil"