10 may 2024 20:53
522

Xətai rayonunda Ulu Öndərə həsr olunan rəsm sərgisi FOTO

Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və  "2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə gənc rəssamların Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən sərgisi təşkil olunub.

“İki sahil” xəbər verir ki,  Xətai rayonundakı Heydər Əliyev adına parkda təşkil edilən sərgiyə böyük maraq göstərilib.

Gənc rəssamların  rəngarəng rəsm əsərlərində Ulu Öndərimizin portreti, milli adət-ənənələrimizi, tarixi abidələrimizi, ölkəmizin inkişafını əkls etdirən nümunələr təsvir olunub. Gənc rəssamlar özünəməxsus əl işləri ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını nümayiş etdiriblər.