"Arsenal" İngiltərə Premyer Liqasında yeni uğura imza atıb.
“İki sahil” xəbər verir ki, "topçular" buna XXXVII turda səfərdə "Mançester Yunayted"ə 1:0 hesabı ilə qalib gəlməklə nail olub.
Bu, London təmsilçisinin çempionatda cari mövsüm 27-ci qələbəsidir. Bu da klub üçün Premyer Liqa tarixində rekord göstəricidir.
Qeyd edək ki, "Arsenal" 86 xalla liderdir. Rəqibindən bir oyun az keçirən "Mançester Siti"nin 85 xalı var.
Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib