Yaponiya hakimiyyəti əvvəllər alınmış ümumi məbləği təxminən 1,93 milyard dollar olan böyük miqdarda COVID-19 dərmanını məhv etməyi planlaşdırır.
“Kyodo” agentliyinin məlumatına görə, söhbət Şionogi tərəfindən istehsal olunan “Xocova”, “Merck” və “Lagevrio” dərmanlarından gedir. Onlar, həmçinin “Pfizer”dən “Paxlovid” tabletlərinin partiyasını məhv etməyi planlaşdırırlar.
Ümumilikdə, pandemiya zamanı Yaponiya hakimiyyəti 5,6 milyon insan üçün lazım olan miqdarda dərman alıb.
Xatırladaq ki, bir qədər əvvəl də Yaponiya təxminən 4,2 milyard dollar dəyərində 240 milyon doza koronavirus peyvəndini məhv etmək qərarına gəlmişdi.
Nubar Süleymanova, “İki sahil”