Bu il noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan aqrar-sənaye sektorunda gördüyü innovativ işləri dünyaya nümayiş etdirmək imkanı var.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib.
O vurğulayıb ki, bu gün keçirilən sərgi aqrar sahənin inkişafı baxımından önəmlidir: “Sərgi heyvandarlıq, quşçuluq, bağçılıq da daxil olmaqla müxtəlif sektorları bir araya gətirir və kənd təsərrüfatında rəqəmsallaşmanın vacibliyini vurğulayır. Bu, yerli və beynəlxalq tərəfdaşlar arasında əlaqələr qurmaqla yanaşı, ekspertlər, özəl sektor, fermerlər, eləcə də ümumi istehlakçılar üçün öz biliklərini, təcrübələrini bölüşmək üçün əla imkan yaradır".
FAO rəsmisi qeyd edib ki, FAO Azərbaycan hökumətinin əsas tərəfdaşlarından biri kimi ölkənin iqtisadiyyatının şaxələndirilməsi istiqamətində olan işlərə qoşulmaqdan məmnundur.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir