16 may 2024 16:29
691

Keyt Hadson keçmiş sevgililəri və musiqi karyerası haqqında danışıb - FOTO

Aktrisa Keyt Hadson “People” jurnalının yeni buraxılışının ulduzudur. O müsahibəsində musiqi karyerasından və şəxsi həyatında baş verənlərdən söhbət açıb.

“İki sahil” xəbər verir ki,  45 yaşlı kino ulduzu Keyt Hadson mayın 17-də işıq üzü görəcək "Glorious" adlı debüt albomu ərəfəsində ailə həyatı ilə bağlı fikirlərini bölüşüb.

Keytin artıq “Talk About Love” adlı sinqlını sevənləri ilə bölüşüb. Onun ardınca hər biri sevgi ilə bağlı təcrübələrinə əsasla daha iki treki " Live Forever " və "Gonna Find Out" ərsəyə gətirib.

Oskar mükafatına namizəd olan aktrisa yeni müsahibəsində aktrisa karyerasını davam etdirdiyindən, övladlarını böyütmək üçün musiqiyə ara vermək məcburiyyətində qalmasından, indi nəhayət musiqiyə yol tapmasından danışır.

Qeyd edək ki, Hadson kino sənayesinə 2000-ci illərin əvvəllərində “Almost Famous” (Demək olar ki, məşhur) və “How to Lose a Guy in 10 Days” (Bir oğlanı 10 gündə necə itirmək olar) filmləri ilə gəlib.

2020-ci koronavirus pandemiyası zamanı o, musiqiyə dönməyin vaxtının gəldiyinə qərar verib və 2021-ci ildə mahnıların yazılması prosesinə başlayıb.

Keytin keçmiş sevgililərindən iki oğlu var: Kris Robinsondan 20 yaşlı Rayder və Mett Bellamidən 12 yaşlı Binqem.

Onun həmçinin "Glorious" filmində tanış olduğu hazırkı nişanlısı Denni Fudzikava ilə birlikdəliyindən 5 yaşlı qızı Rani Rouz adlı qızı da var. ("Hellomagrussia")