17 may 2024 01:37
559

Bayramlardan sonra artıq çəki alırsınızsa…

Uzun sürən bayram tətillərindən sonra bir gün pəhriz kifayət etmir. Burada “orucu təqlid edən pəhriz” adlanan xüsusi, elmi əsaslı texnika kömək edəcəkdir. Dünyaca məşhur gerontoloq, Rusiya Qocalma Əleyhinə Tibb Cəmiyyətinin prezidenti Svetlana Trofimova “Rossiya” kanalının “Ən vacibi haqqında” tok-şousunda tətildən və bayramlardan sonra sağlamlıq üçün maksimum fayda gətirən formada olmaq üçün necə yemək lazım olduğunu açıqlayıb.

Bildirib ki, həddindən artıq yemək eynilə ciddi pəhrizlər kimi bədən üçün stresdir. Ancaq bir vaxtlar gerontoloq alim Valter Longo bir tərəfdən bədənimizə bütün lazımi qidaları almağa imkan verən, digər tərəfdən isə kalori qəbulunu təxminən yarıya endirən orucu simulyasiya edən bir pəhriz təklif etmişdi. Onun təklif etdiyi fizioloji oruc normal gündəlik qidalanmanın kalori miqdarını yarıya endirməyi nəzərdə tutur. Məsələn, gündə 1800 kkal yeyirsinizsə, o zaman bu miqdarı gündə 900 kkal-a qədər təhlükəsiz şəkildə azalda bilərsiniz. Bu pəhrizə bir müddət hər gün riayət edilməlidir. Bu pəhrizin üstünlükləri şəkərli diabet, ateroskleroz, neyrodegenerativ xəstəliklərin qarşısını alması, orqanizmin təmizlənməsi, qaraciyəri qoruması, ömrün uzanmasıdır.

Nubar Süleymanova, “İki sahil”