11 yanvar 2018 14:07
915

Dünyada hansı içki daha məşhurdur?

Dünyada hansı içkinin daha məşhur olması barədə məlumatınız varmı?  Bəs sizin bu barədə mülahizələriniz  varmı?  Əgər yoxdursa, bu barədə kiçik məlumatı diqqətinizə çatdırırıq.

Dünyanın ən məşhur içkisi- çaydır.  Bir çox mənbələrə əsasən gün ərzində iki milyard fincandan  artıq çay içilir. Maraqlı budur ki, bir milyarddan artıq çinlilər gün ərzində bir neçə dəfə çay qəbul edirlərsə, iki milyard çay içilməsi faktı çox absurd görünür. Bu, dəfələrlə çox ola bilər. Dünyada çay öz birinciliyini qorumaqdadır. İngilislər də çox çay içən xalqlar sırasındadır. Hətta çayiçmə mərasimini rituala da çevirirlər. Böyük Britaniyanın dövlət xadimi Uilyam Qladson bildirib ki, əgər sizə soyuqdursa, çay sizi isidər, əgər istidirsə, o sizi sərinləşdirər, əgər qəmginsinizsə, o sizə təsəlli verər, əgər həyəcanlısınızsa, o sizi sakitləşdirər.

Nəzərinizə çatdıraq ki, spirtsiz içkilərdən ikinci yeri kofe tutur.  

Bəs siz nə içməyi sevirsiniz?

Şəmsiyyə Əliqızı, “İki sahil”