Azərbaycan neft və qaz ehtiyatı baxımından zəngin ölkədir. Bu mənada, yaşıl enerjiyə keçid həm Azərbaycan üçün, həm də digər ölkələr üçün vaxtında icra edilməlidir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu" adlı konfransda BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Roccasalvo çıxışı zamanı deyib.
Onun sözlərinə görə, günəş və külək enerjisi məsələsində də Azərbaycanın imkanları var: “İqlim dəyişikliyi sərhəd tanımır. Buna qarşı mübarizə yalnız beynəlxalq mübarizədən keçir. Azərbaycan məhz bu mübarizələrdən birinə - COP29-a ev sahibliyini üzərinə götürüb. Bu, böyük bir məsuliyyətdir. Biz bu mübarizədə bütün mümkün dəstəyi verməyə hazır və qadirik”.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir