Sıfır emissiyalı gələcək getdikcə daha real olur.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, bütün ölkələr gələn ilin əvvəlinə qədər Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təqdim etməli olacaqlar: “Bu töhfələr təkcə emissiyaların azaldılmasına deyil, həm də insanların iqlim dəyişikliyinin təsirlərindən qorunmasına, iş yerlərinin artırılmasına və inklüziv iqtisadi artımın təmin edilməsinə yönəlmiş qlobal dəyişikliklər üçün əsas olmalıdır”.
S.Stil qeyd edib ki, bir çox ölkələr üçün bu cür planların həyata keçirilməsi və hədəflərə çatılması, yeni bir maliyyələşdirmə müqaviləsi barədə razılığa gələcəklərindən asılıdır: “İqlim səyləri ilə bağlı şəffaf hesabatların verilməsi etimadın yaradılması və ambisiyaların artırılması üçün də vacibdir”.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir