18 may 2024 13:50
390

Heç nəyə nail ola bilməyəcəklər - EKSPERT

Bu gün ölkəmizdə yeni siyasi konfiqurasiya prosesi inkişaf etdirilir, iqtidarla müxalifət arasında dialoq təşkil olunur və sağlam siyasi münasibətlər qurulur. Təəssüflər olsun ki, ölkəmizdə radikal düşüncəli müxalif qrup hələ də dövlətçilik əleyhinə fəaliyyət göstərməkdədir. Onlar anlamalıdır ki, əgər məsələ milli təhlükəsizlik, dövlətçiliyin qorunması, dövlət ideyası ətrafında birləşmək və onun üsul və yollarını axtarmaqdırsa, burada müzakirələr təşkil olunursa, iştirak etmək önəmlidir. Yalnış düşüncəli şəxslər əlbəttə ki, dövlətimizin təməllərinin sarısıdılmasının axtarışındadırlar. Dövlətin uğurlarına, Prezident İlham Əliyevin xilaskarlıq missiyasına kölgə salmaq niyyətini ifadə edirlər.

Bu sözləri politoloq İlyas Hüseynov “İki sahil”ə açıqlamasında deyib.

İlyas Hüseynov bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması, son illərdə qazanılan tarixi nailiyyətlər də radikallar üçün sıradan bir proseslər kimi anlaşılır. Əslində biz müasir beynəlxalq münasibətlər sistemində çox böyük və həll edilməsi bir sıra ekspertlərə görə mümkün olmayan çox çətin və müşkül problemlərin öhdəsindən gəlmişik. Onlar öz paltformalarında qeyd edirdilər ki, Rusiya sülhməramlıları Qarabağda əbədi qalacaqdır. Budur, sülhməramlılar bölgəni tərk edir. Rusiya-Azərbaycan münasibətləri üz-üzə qoyulmadan, bu qonşu dövlətlə münasibətlərə xələl gətirilmədən, düşmənçilik yaradılmadan dialoq vasitəsilə və eləcə də qarşılıqlı müttəfiqlik haqqında Bəyannaməyə söykənərək, münasibətlərin inkişaf prioritetlərini formalaşdıraraq bu addımlar atılır. Yəni ölkəmizin hər bir uğuru, dayaqlarının möhkəmləndirilməsi istiqamətində atılan hər bir addım radikal müxalifət tərəfindən səhv yozulur, səhv aşılanır və səhv təbliğ olunur.

Ekspert qeyd edib ki, antimilli radikallar dövlətimizin yaratdığı bu münabit siyasi dialoq formatına qoşulsalar, bu müzakirələrdə iştirak etsələr onların özləri üçün yaxşıdır. Çünki bu cür marginal təfəkkülərlə və marginal qrupu ətrafında formalaşdırmaqla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan öz qətiyyəti, prinsipiallığı ilə bundan sonra da böyük uğurlar əldə edəcəkdir.

Cavid Əkbər, “İki sahil”