09 yanvar 2018 23:11
954

Nahar edərkən riskə hazırsan?

İnsanların zövqləri fərqli olduğu kimi, seçimləri də fərqlidir. Dünyada biri-birindən maraqlı restoranlar var ki, hər kəs də öz zövqünə uyğun olanını seçir. Gözəl mənzərəli, qeyri-adi, ən çox turist cəlb edən altı restoranı diqqətinizə çatdırırıq. Bu restoranlar öz rahatlıqları və qeyri-adilikləri ilə sahiblərinə külli miqdarda qazanc gətirirlər. Turistlər qeyd edirlər ki, nahar üçün atmosfer və məkan çox vacibdir. Bu da həmin səyahəti yaddaqalan edir.

El Diabolo, İspaniya

Siz vulkan üzərində bişən yeməkdən dadmaq istərdinizmi? Belə ki, Timanfaya Milli Parkında gizli, 1970-ci ildə qurulan El Diabolo restoranı vulkan üzərində bişirilmiş yemək təklif edir. İlk baxışda heyratamiz səslənir. Lakin burada bişirilən yeməklərin dadını heç bir restoranda əldə etmək olmaz. Elə deyilmi?

Dubrovnikdə uçurum üzərində  restoran

Xorvatiyanın Dubrovnik şəhərinin bir hissəsini əhatə edən  uçurum üzərində yaradılan bu  maraqlı restoran  Dubrovnikin incisi kimi UNESCO-nun Dünya İrs Siyahısına daxil  olub.

Dənizinin dibində restoran

Köpəkbalıqları ilə birlikdə yemək ləzzəti əldə etmək istəyənlər Maldiv adasına üz tuturlar. Burada Hilton otelin ən məşhur restoranında 14 nəfərlik bir masa ilə dənizin dibində, balıqların əhatəsində əsrarəngiz, qeyri-adi nahar edirlər. Bu restoran da olduqca turist cəlb edə bilir.

Nairobidə zürafə ilə nahar

Keniyada Giraffe Manor restoranı da öz cəzbediciliyi ilə digər restoranlardan geri qalmır. Təbiətin qoynunda çox mənzərəli bir parkda yerləşən bu restorana gələn  qonaqlar zürafə ilə birgə nahar edirlər. Yəni naharlarını zürafə ilə “bölüşürlər”.

Grotto restoranı

Taylandda tropik meşədə ağacların üzərindən asılqanlar şəklində hazırlanmış Grotto restoranı da kifayət qədər özünə müştəri cəlb edə bilib. Hər il minlərlə turist tropik meşənin gözəlliyi içərisindən okeanı seyr edə-edə əsrarəngiz nahar edir.

Tiber çayının gözlər restoranı

Romada Tiber çayı üzərində salınmış bu möhtəşəm restoran öz gözəlliyi ilə hər il təxminən 15 milyon turist cəlb edə bilir. Təbiətsevər turistlər açıq səma altında bu restoranda nahar etməyə böyük üstünlük verirlər.

Şəmsiyyə Əliqızı, “İki sahil”