Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistandan olan sahibkarları COP29-da iştiraka dəvət edib.
“İki sahil” xəbər verir ki, bunu nazir bu gün Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda çıxışı zamanı deyib.
“Məlum olduğu kimi noyabrda Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu böyük tədbirdə dövlət başçıları və işgüzar dairələrin nümayəndələri iştirak edəcəklər. Mən Özbəkistan şirkətlərini COP29-da iştiraka dəvət edirəm”, - o bildirib.
Nazir əlavə edib ki, Özbəkistanla tərəfdaşlıq çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir:
“Pambıqçılıq və ipəkçilik kimi ənənəvi sahələrdə ciddi irəliləyişlər var. İmişli rayonunda birgə pambıq klasterinin yaradılması istiqamətində işlər davam etdirilir”.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir