09 yanvar 2018 23:02
1680

Tumlar xeyirlidir yoxsa meyvəsi?

Meyvə və giləmeyvələrin dadından məst olduğumuz zaman onların tumlarını lazımsız və artıq olduğunu düşünürək tullayırıq. Çox nahaq!  Sən demə, bu “tullantılar” meyvə və giləmeyvənin özündən daha xeyirlidir. Gəlin onlardan bir neçəsinə nəzər salaq.

Zeytun tumu

Mükəmməl sorbent, ödqovucu xüsussiyəti və ümumiyyətlə, mədə və bağırsaq traktında yaranan istənilən narahatlığa qarşı əvəzolunmaz “ dərmandır”.  Hansısa bir qonaqlıqda süfrədə təamların arasında zeytun gördüyünüz zaman ondan mütləq dadın və ən əsası isə onu tumu ilə birlikdə qəbul edin. Belə olduqda  ziyafətin səhəri günü siz digərlərindən fərqli olaraq özünüzü daha yaxşı hiss edəcəksiniz.

Bundan başqa, bu tumlar sinir sistemini sakitləşdirir, astma xəstəliyinin müalicəsinə kömək edir, ağ ciyərləri müalicə edir... Deməli, zeytunu sevirsinizsə, onun tumlarını da sevin!

Üzüm tumu

Ağ üzümü sevməyən varmı? Əlbəttə ki, başqa üzüm sortları da var. Lakin çoxları üzümü yeyərkən onun xırda tumlarını atır. Üzümü yeyərkən tumlarını çeynəyin və udun. Bu zaman üzümün tumları onun özündən daha xeyirli olur.

Üzümün tumları damarların divarlarını bərkidir, dərini daha elastik edir, hətta qırışları belə hamarlayır. Onların təkibində olan fitoestrogenlər 50 yaşında olan  qadınlar üçün çox əhəmiyyətlidir. Əsasən qara üzümün tumları daha xeyirlidir. Qara üzümün tumları müxtəlif növ göbələk xəstəliklərinə və ən əsası xərçəng xəstəliyinə səbəb olan “Candida” göbələyinə qarşı mübarizə aparmaq gücünə malikdir.

Nar tumları

Narda mətdən çox tumlar mövcuddur. Məhz bu tumlar orqanizmdə hormonal balansın qorunmasına kömək edir.

Nar tumları dermatit, ekzema, dəridə  qaşınma kimi xəstəliklərin müalicəsində mükəmməldir və onlar damarların elastikliyini yaxşılaşdırır və helmintozlarla  (parazit qurdlarının insan və heyvanlarda əmələ gətirdiyi xəstəlik halları) mübarizədə əvəzolunmaz vasitə hesab olunur.

Meyvə və giləmeyvələr özlərində daha bir xeyirli komponenti gizləyirlər. Bunlar onaların qabığıdır. Məsələn, qurudulmuş nar qabığı müxtəlif növ bağırsaq narahatlığına qarşı   fantastik bir dərmandır. Bunların sırasına sitrus meyvələri ilə yanaşı digər meyvələrin qabıqları da daxildir.

Könül Əliyeva, “İki sahil”