21 may 2024 17:30
644

Hadisənin makiyajsız görünüşü GÜNDƏM OLDU

Türkiyəli məşhur müğənni Hadisə Açıkgöz sosial şəbəkədəki səhifəsində makiyajsız fotosunu paylaşıb. Hadisənin heç bir filtr və ya Photoshop tətbiq etmədiyi şəklinə izləyiciləri tərəfindən şərhlər yağdırılıb.

Son zamanlar özəl həyatı ilə gündəm olan 38 yaşlı məşhur müğənni Hadisə ötən həftələrdə yay mövsümünü açıq elan edib. Hadisə bir-birinin ardınca dəniz kənarında çəkdirdiyi bikinili pozalarını paylaşıb.

Gözəl müğənni paylaşımına dünya şöhrətli həmkarı amerikan müğənni Çerin 1996-cı ildə verdiyi müsahibədə işlətdiyi əfsanəvi “Ana, mən zəngin adamam!” ifadəsini qeyd edib.

Hər konserti, hər çıxışı gündən olan müğənni Hadisə son günlər sosial şəbəkədəki səhifəsində paylaşdığı makiyajsız fotosu ilə gündəmə gəlib.

14,7 milyon izləyicisi olan “İnstagram” səhifəsində makiyajsız görünüşünə foto paylaşan Hadisə "İki saat yuxu və biz dayanmırıq" mesajını yazıb.

Fotosuna filtr və ya “Photoshop” tətbiq etməyən 38 yaşlı müğənni qısa zamanda sosial mediada trendə çevrilib.

Hadisənin paylaşımına "Məncə, onun təbii görünüşü daha gözəldir", "Hadisənin təbii görünüşünü çox bəyənirəm""Makiyajsız da gözəldir" kimi şərhlər gəlib.