21 may 2024 17:21
238

Almaniyanın Ukrayna üzərində Rusiya raketlərini vurmaq niyyəti yoxdur - Boris Pistorius

Almaniya və digər ölkələr Ukrayna səmasında Rusiya raket və pilotsuz təyyarələrinin vurulması imkanlarını ciddi müzakirə etmir - bu, münaqişədə birbaşa iştirak olardı.

“İki sahil” RT-yə istinadla xəbər verir ki,  bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

O, Latviyanın müdafiə naziri Andris Spruds ilə keçirdiyi mətbuat konfransında bildirib ki, bu, müharibədə birbaşa iştirakın bir forması olardı: “İndi bunun vaxtı deyil və bizim bunu ciddi şəkildə nəzərdən keçirmək imkanımız yoxdur. Ən azı Almaniya üçün. Amma bildiyimə görə başqa ölkələrdə də bu, belədir”.

Qeyd edək ki, Almaniya parlamentində fraksiya rəhbəri Rolf Mützenich NATO qüvvələrinin Ukrayna üzərində Rusiyanın hava hücumlarını dəf etməsi ilə bağlı təklifləri məsuliyyətsizlik və son dərəcə təhlükəli adlandırmışdı.