Yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergiyə cəlb edilməsi məsələsini müzakirə etmək lazımdır.
“İki sahil” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan qanunverici orqanın iclasında çıxışı zamanı deyib.
“Hisslərimizlə, tariximizlə oynamağı dayandırın. Onsuz da siyasətlə məşğul olur, diaspordan pul yığırsınız. Şam, “Coca-Cola”, şərab satır, restoranlar işlədirsiniz, amma vergi ödəmirsiniz”, - o vurğulayıb.
O, din xadiminin vergi ödəyən sadə iş adamından niyə üstün olduğunu anlamaq istədiyini vurğulayıb.
Bundan başqa, A.Simonyan etirazçıların İrəvandakı katolikosun iqamətgahının ərazisinə, Müqəddəs Anna kilsəsinin həyətinə toplaşmasından da narazıdır.
Çin lideri gəmidə baş vermiş yanğınla bağlı operativ təhqiqat aparılmasını tələb edib
Britaniya XİN Moskvadakı səfirliyin keçmiş mühafizəçisinin saxlanılmasını şərh edib