21 may 2024 18:20
650

Dişlərin kimyəvi ağardılması təhlükəlidirmi?

Müasir cəmiyyətdə fərdlər dişlərinin görünüşünə əhəmiyyət verir. Bu məqsədlə stomatoloqlara müraciət edən pasiyentlər dişlərin kimyəvi ağardılmasına üstünlük verirlər. Bəs bu cür ağardılma prosesində istifadə olunan kimyəvi maddələr insanların sağlamlığı üçün təhlükə yarada bilər?

Stomatologiya mütəxəssisi Dos. Dr. Mağrur Kazak bildirib ki, dişlərin ağardılması prosesi yalnız həkim nəzarəti altında aparılmalıdır.

Kazak prosesi belə izah edib:

Bəyazlatma xüsusi kimyəvi maddələr vasitəsilə həyata keçirilir. Bu prosesdə diş toxumasında olan üzvi rəngli piqmentlər oksidləşdirilir və diş rəngi açılır. Əksər hallarda istənilən nəticə bir günə  əldə edilir.

Bu şəxslərə tövsiyə olunmur

Mütəxəssiz qeyd edib ki, bu prosesi yerinə yetirə bilmək üçün əvvəlcə dişlərin göstəricilərinə baxmaq vacibdir. Diş əti boyunda açılma, dişlərdə çatlar, diş əti həssaslığı kimi problemlər yaşayan pasiyentlərə kimyəvi bəyazlatma prosesi tövsiyə edilmir. Həmçinin hamilə və süd verən qadınlara da bu prosesin tətbiqi məsləhət görülmür.

Zərərləri...

Dos. Dr. Mağrur Kazak vurğulayıb ki, dişlərin ətraflı müayinəsi aparılmadıqda və lazımı metod təyin olunmadıqda, təbii ki, bütün bu prosedurlar insan səhhətinə bəzi zərərləri ola bilər. Bunlara diş minasının aşılanması, diş ətinin qıcıqlanması kimi məsələlər daxildir. Əsas məsələ həkimin düzgün seçilməsi və həmin həkimin də müalicə proseduru düzgün müəyyən etməsidir.

Nigar Orucova, “İki sahil”